Öldürülən 84 yaşlı qadının meyiti eksqumasiya edilib

Öldürülən 84 yaşlı qadının meyiti eksqumasiya edilib

Quba rayonunda dəhşətli qətlin üstü açılıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Amsar kənd sakini, 18 yaşlı İlham Aslanov polis tərəfindən şübhəli şəxs qismində tutulub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, araşdırmalar zamanı onun bu ilin mart ayının 21-də Quba rayon sakini, 84 yaşlı Gülpəri Musayevanın yaşadığı evə qarət məqsədi ilə girərək ev sahibəsini boğaraq qətlə yetirməsi müəyyən edilib.

İlham Aslanov polisə ifadəsində törətdiyi əməli etiraf edib. O, qeyd edib ki, ahıl qadını öldürdükdən sonra mənzildən 103 manat pul aparıb. Qadını da evin heç kimin görmədiyi ərazidə torpağa basdırıb.

Ekspertlərin iştirakı ilə meyit eksqumasiya (meyitin qəbirdən çıxarılması) edilib.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə