İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsi bir neçə rayonda İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyat keçirilən rayonlardan biri Başakşəhər olub. Xüsusi təyinatlı polislər əvvəlcədən təyin edilən ünvana gələrək orada axtarış həyata keçiriblər. Daha sonra Pendikdə və Şıxlı Məhəlləsində şübhəli bilinən ünvanlarda axtarış keçirən bir qrup xüsusi təyinatlılar 1 nəfəri şübhəli şəklində saxlayıblar. Əməliyyat haqqında ətraflı məlumat verilmir. Lakin şübhəlinin ilk növbədə Bayrampaşa Dövlət Xəstəxanasına daha sonra sorğulanmaq üçün İstanbul Polis İdarəsinə aparıldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB