Mingəçevir sakini boğulmaqdan xilas oldu

Mingəçevir sakini boğulmaqdan xilas oldu

Mingəçevir su anbarında batmaq təhlükəsi olan şəxs xilas edilib. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə Mingəçevir şəhərində 1 nəfərin su anbarında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal nazirliyinin dalğıc-xilasediciləri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə