Sumqayıtda ağır yol qəzası olub

Sumqayıtda ağır yol qəzası olub

Sumqayıtda 3 piyadanı maşın vurub. Sumqayıt şəhər Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini Samir Mirzəzadə idarə etdiyi "Renault" markalı avtomobillə yolun kənarında dayanmış həmyerliləri Şahsənəm Camalovanı, İqbal Məmmədovu və Tofiq Həmidovu vurub. Piyadalar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə