Cəlilabadda iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib. Bakıda isə gecə sərxoş olduğu iddia edilən taksi sürücüsü qəza törədib. Sürət və ehtiyatsızlıq qəzaya səbəb olub. iki maşın toqquşdugu qəzada bir nəfər öldü. Hadisə axşam saatlarında Cəlilabadda Bədirli kəndində baş verib. Məlikqasımlı kənd sakini Mais Əzizovun avtomobili Boyxanlı kənd sakini Davud Səfərovun avtomobili ilə toqquşub. Nəticədə Mais Əzizovun həyat yoldaşı Məlahət Kərimova yerindəcə ölüb. Hər iki sürücü eləcə də 1 sərnişin Mahirə Qafarova isə yaralı halda xəstəxanaya çatdırılıblar, vəziyyətləri orta ağırdır.
Bakıda isə gecə sərxoş olduğu iddia edilən taksi sürücüsü ağır qəza törədib. Hadisə Səbail rayonu Neftçilər prospektində qeydə alınıb. Yüksək sürətlə sərt döngəyə girən taksi formula 1 yarışlarına görə yolun kənarına düzülmüş betonlara çırpılıb. Yol patrul xidmətinin əməkdaşları gəlmədən qəzanı törədən sürücü hadisə yerini tərk edib. Məlum olub ki, qəzaya uğrayan avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı Ağakamal Əsgərovdur. Qəzada iki nəfər xəsarət alıb. Polisin ilkin ehtimalına görə sürücü sərxoş vəziyyətdə olarkən qəzanı törədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB