Avtomobil ruhi xəstə qadını vurdu

Avtomobil ruhi xəstə qadını vurdu

Samuxda avtomobil yolu keçmək istəyən ruhi xəstə qadını vurub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə Gəncə-İmamzadə yolunun Samux rayonu İnstitut qəsəbəsi ərazisində baş verib. Samux sakini 38 yaşlı Anar Kərimov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən 38 yaşlı Könül Əliyevanı vurub. Sürücü dərhal zərərçəkəni Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirib. Qadının vəziyyətinin ağır olduğunu bildirilir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə