Masallı rayonundan yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Xanalıyan kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə, damına yığılmış 10 ton ot bağlamasının 2 tonu, yaxınılqda dayanmış "QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 2 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB