Göyçayda yanğın

Göyçayda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Bığır kəndində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m tövlənin çardağının yanar konstruksiyaları və içərisində olan 1 ton ot tayası yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı talvar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə