Gədəbəydə keçirilən "Son zəng" tədbirində bıçaqlanma hadisəsi olub. Hadisə rayonunun Çağdaş kəndində qeydə alınıb.
Məktəbdən kənarda keçirilən şənlikdə baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb.
Röyal Nəbiyevin atası Vüqar Nəbiyevin sözlərinə görə, oğlu bu il məktəbi bitirib. Yaşar isə onun əmisi oğludur və hərbi xidmətdən yenicə qayıdıb.
Hadisə ilə bağlı şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və başqa bir nəfər saxlanılıb.
Rayon polis şöbəsindən bildirilib ki, hadisə qız üstündə baş verib. Belə ki, gənclərin hər ikisi - Röyal və Sərxan Şəkidən olan bir qızı sevirlər. Onlar bundan əvvəl də mübahisə ediblər. Çünki hər ikisi qıza telefonla zəng edibmiş. Ötən gün isə bir-birini görüblər və aralarında dava düşüb. Nəticədə Sərxan Tağıyev Röyal Nəbiyevi bıçaqlayıb. Araya girən Yaşar Nəbiyevə də bıçaq xəsarəti yetirilib.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB