Tərtərdə hərbi sursat partladı, azyaşlı ölümdən döndü SƏS TV

Tərtərdə hərbi sursat partladı, azyaşlı ölümdən döndü SƏS TV

Tərtər rayonun Əskipara kəndində hərbi sursatların partlaması nəticəsində azyaşlı uşaq ağır yaralandı. Partlayış nəticəsində 8 yaşlı Elvin Hüseynlinin üzü və ayaqları yanıb.

Aprel hadisələri zamanı həyətinə çoxsaylı mərmi düşməsi azyaşlının ağır yaralanmasına səbəb olub. Əskipara kəndi ərazisində müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün Elvin Məhəmməd oğlu Hüseynli müxtəlif dərəcəli yanıq xəsarətləri alıb

Kənd sakini evində təmizlik işləri apararkən azyaşlı əlindəki kibritlə çöldə toplanmış tullantılara od vurması partlayışa səbəb olub. Partlayış nəticəsində Elvin ağır yanıq xəsarətləri alıb. Dərhal Tərtər Mərkəzi Rayon Xəstəxanasına aparılan uşaq ambulator müayinədən sonra evə buraxılıb.

Qeyd edək ki, azyaşlının həyatı üçün təhlükə olmadığı bildirilir. Onun yaralanmasına səbəb olan hərbi sursatın adı məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə