Ağstafada ağır qəza: 2 ölü SƏS TV

Ağstafada ağır qəza: 2 ölü SƏS TV

Ağstafada iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə Ağstafa şəhəri ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobil iki piyadanı vurub. Piyadalar hadisə yerində dünyasını dəyişib. Dünyasını dəyişənlər Biləsuvar rayon sakini, 1979-cu il təvəllüdlü Elnur Dövlətov, digəri isə Goranboyun Qızılhacılı kənd sakini Cəlal Abbasov olub.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə