Sabirabadda yanğın

Sabirabadda yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sabirabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə yanğın olub. Evin 1 otağında 1 kv.m sahədə döşəmə yansa da digər yerlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə