Azərbaycanda zəlzələ olub

Şirvan şəhərindən 22 kilometr şimal-şərqdə Hacıqabul rayonunda 3.1 bal gücündə zəlzələ olub. Bu barədə SİA-ya Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Məlumata görə, yerli vaxtla saat 01:32-də qeydə alınan yeraltı təkanın episentri Hacıqabulda, ocağı isə 22 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə