20 yaşlı qadını əqrəb sancdı Cəlilabadda

Əqrəbin sancdığı qadın xəstəxanaya yerləşdirildi
20 yaşlı qadını əqrəb sancdı Cəlilabadda

Cəlilabadda təsərrüfat işləri ilə məşğul olan qadını əqrəb sancıb. Gənc qadın ilk əvvəl buna əhəmiyyət verməsə də, qısa müddətdə ayağının keyləşdiyini hiss edib və xəstəxanaya yerləşdirilib. Zaqatalada isə 31 yaşlı sakini ilan sancıb.

Əqrəbin sancdığı qadın xəstəxanaya yerləşdirildi. Hadisə Cəlilabadın Boyaxanlı kəndində baş verib. Kənd sakini 20 yaşlı Nahidə Mənsimova təsərrüfat işləri görərkən əqrəb onun ayaq nahiyyəsindən sancıb. O, əvvəlcə buna əhəmiyyət verməsə də, qısa müddət ərzində ayağının keyləşdiyini hiss edib.

Xəstəxanaya çatdırılan qadına zərdab vurulub. Hazırda onun vəziyyəti orta ağırdır.

Zaqatalada isə 31 yaşlı sakini ilan sancıb. Ötən gün axşam saatlarında rayonun Lahıc kənd sakini Məmmədəli Məmmədov ilan sancması şikayəti ilə xəstəxanaya daxil olub. Xəstəyə lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Hazırda onun vəziyyətinin orta-stabil olduğu bildirilir.

Məlumata görə o, həyətyanı sahədə işləyərkən ilan onun sol qolunun bilək nahiyəsindən sancıb.

Bütün xəbərlər Facebook səhifəmizdə