Quba və Siyəzəndə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Siyəzən rayonunda gücü 10 kv olan yarımstansiyanın 15 ədəd paylayıcı açarından 1 ədədi yanıb. Digər paylayıcı açarlar yarımtansiya yanğından mühafizə olunub.
Quba rayonunda isə vətəndaşa məxsus evin həyətyanı sahəsində ümumi sahəsi 24 kv.m olan 2 otaqdan ibarət yardımçı tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı ev və digər tikililər yanğından mühafizə olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB