Rusiyada yanacaqdoldurma məntəqəsində baş vermiş hadisə internetdə izlənmə rekordları qırır. Avtomobilinin yanacaq çənini doldurmaq üçün məntəqəyə daxil olan sürücünün diqqətsizliyi faciəyə səbəb olub. O, borunun yanacaq çənindən çıxarılmasını gözləmədən avtomobilini hərəkətə gətirib. Elə bu vaxt yaxınlıqdakı avtomobilin sürücüsü onu xəbərdarlıq etməyə çalışarkən şlanq dartılıb və geri atılaraq onun başına çırpılıb. Ciddi xəsarət alan şəxs yerə yıxılaraq huşunu itirib. Ətrafdakıların köməkliyi ilə ona ilkin tibbi yardım göstərilib. Əraziyə çağrılan təcili tibbi yardım avtomobili vasitəsiylə sözügedən şəxs xəstəxanaya çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB