Xızıda müəllimləri daşıyan avtobusun aşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Bu barədə "XəzərXəbərə" Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümbətov məlumat verib.
Onun sözlərinə görə, Siyəzən xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti qənaətbəxşdir.
Sumqayıt Dövlət Texniki Kollecinin müəllim heyətini daşıyan avtobusun Xızıdan Bakıya qayıdarkən qəzaya uğraması nəticəsində ölən 3 nəfər və yaralılardan 15 nəfərin adları məlum olub. Ölənlər 1984-cü il təvəllüdlü idman müəllimi Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında işləyən 1979-cu il təvəllüdlü Dilarə Əliyeva və Sərxan Abdullayevdir.
Xatırladaq ki, Xəstəxananın qarşısında qəzada xəsarət alan adamların yaxınları gələrək xəstəxanaya girmək istəsələrdə Siyəzən polisi tərəfindən xəstəxananın girişinə qadağa qoyulub.
Yaralılar:
1950-ci il təvəllüdlü Abdullayev Qafar
1951-ci il təvəllüdlü Mikayılov Çaylar
1954-cü il təvəllüdlü Abdullayev Nizami
1955-ci il təvəllüdlü Rzayev Rasim Səfa oğlu
1964-cü il təvəllüdlü Mollayeva İndirra
1966-cı il təvəllüdlü Qurbanov Əsəd
1973-cü il təvəllüdlü Rəhimova Ziba
1975-ci il təvəllüdlü Fərhadova Leyla
1975-ci il təvəllüdlü Rəhmanova Lalə Rəhman qızı
1977-ci il təvəllüdlü Əliyeva Hədiyyə
1979-cu il təvəllüdlü Əliyeva İradə
1985-ci il təvəllüdlü Fərzəliyeva Fərqanə
1987-ci il təvəllüdlü Ağabəyli Vüsalə
2005-ci il təvəllüdlü Kazımlı Nigar İlham qızı (L.Rəhmanovanın qızı, şagird)
Feyzullayev İsmayıl
Yaralılardan 15 nəfəri Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə, 5 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 1 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ağır qəza Xızı rayonunun Altıağac qəsəbəsində baş verib. Hadisə yerinə Sumqayıd Dovlət Universitetinin Prorektoru Nizami Namazovda gəlib.
Siyəzən Polis şöbəsinin əməkdaşları tərəfindən xəstəxananın girişinə post qoyulub, yaralıların qohumları içəri buraxılmır.
Faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB