Bakıda məktəblərdən birindən oğurluq olub. SİA bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində istinadən xəbər verir. Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də rayon ərazisindəki 320 saylı orta məktəbdən 2 ədəd noutbuk, 1 ədəd videoproyektor, 1 ədəd televizor və 1 ədəd monitor oğurlayan qrupun üzvü Abşeron rayon sakini, əvvəllər məhkum olunan Tehran Məmmədov tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirlərilə onun mayın 20-də həmyerlisi A.Məhərrəmlinin evindən məişət əşyaları oğurlaması da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB