Şirniyyat sexində yanğın

Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan şirniyyat sexində dəzgahın elektrik naqilləri və taxta döşəmə 5 kv.m sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə sex və içərisində olan 10 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə