Evlərin "qənimi" tutuldu

Sabunçu RPİ 12-ci əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Bakı şəhər sakini Mətanət İbadovanın evindən qızıl əşyalar oğurlamış paytaxt sakini Ramil Şəfəqqətov tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, saxlanılan şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 6 evdən pul, bankomat kartları, qızıl əşyaları və qol saatları oğurlaması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə