Sürət qatarı ilə avtobus toqquşdu 17 nəfər xəsarət aldı

Sürət qatarı ilə avtobus toqquşdu 17 nəfər xəsarət aldı

İsveçrədə sürət qatarı turistləri daşıyan avtobusla toqquşub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Bern şəhərinin yaxınlığında baş verib.

Hadisə nəticəsində 17 nəfər zərər çəkib. Zərərçəkənlərin hamısı avtobus sərnişinləridir.

Qəzaya səbəb avtobusun qatar yolunu keçməsi olub. Hazırda hadisə yerində xilasedici komanda çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə