Bakıda əcnəbilərdən ibarət mütəşəkkil cinayətkar dəstə ifşa edilib. Saxlanılan şəxslər vətəndaşlara 50 dolları xüsusi kimyəvi maddələrlə 100 dollar edəcəyi adı ilə aldadıblar.
Bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Azərbaycanda yaşayan Əfqanısatan vətəndaşı Fərzad Əbdül Əhməd məlumat verib. Zərərçəkmiş bildirib ki, tanımadığı şəxslərin onun etimadını qazanaraq 50 min dolları güya xüsusi kimyəvi vasitələrlə 100 min dollar edəcəkləri adı altında aldadaraq dələduzluq yolu ilə ələ keçiriblər.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi Kamerun vətəndaşları Alphonse Touani, Patrick Arnaud, Ziepop Maxime Valery və Armel Gaetandan saxlanılaraq istintaqa cəllb ediliblər.
Saxlanılan şəxslər ifadələri zamanı Bakıda keçiriləcək ''Formula-1'' yarışları ərəfəsində çoxlu turistlərin səfər edəcəyini bildiklərindən qeyd olunan üsulla onları aldatmaq və pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildiriblər.
Onların üzərlərinə və yaşadıqları mənzilə baxış zamanı maddi sübut kimi, xeyli sayda kimyəvi maddələr, xüsusi avadanlıqlar və pul aşkar edilərək götürülüb.Qeyd edilən faktla bağlı Baş İdarəinin İstintaq Şöbəsində araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB