Beyləqanda yanğın

Beyləqanda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Beyləqan şəhərində vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin kabinası və mühərrikində elektrik avadanlıqları yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə