Yüksək sürət iki nəfərin həyatına son qoydu

Hadisə Şəki-Qax magistral avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində olub
Yüksək sürət iki nəfərin həyatına son qoydu

Sürət və diqqətsizlik qəzaya səbəb olub.Traktora çırpılan maşında 2 nəfər ölüb. Ağır qəza axşam saat 21:50 radələrində Şəki-Qax magistral avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində olub. Şəki rayonu, Göybulaq kənd sakini, 63 yaşlı Firudin Təhməzov avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.Maşın yol kənarında dayanan traktora çırpılıb.

Nəticədə avtomobildə sürücünün həyat yoldaşı, Xanpəri Muradova aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Digər sərnişin Səlihəd Muradova Xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü Firudin Təhməzov isə xəstəxanaya yerləşdirilib.

Əzilmiş maşından ölən və yaralıları çıxarmaq üçün xilasedicilər çagrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə