Bakıda minik avtomobili yanıb

Bu gün Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobilinin yanar hissələri yanıb. SİA-nın Fövqəladə Hallar Hazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sabunçu rayonunda isə vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin banına yığılmış 6,5 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə