Dövlət əhəmiyyətli rabitə kabellərini oğurlayanlar tutuldu

Dövlət əhəmiyyətli rabitə kabellərini oğurlayanlar tutuldu

"Aztelecom" MMC-yə məxsus dövlət əhəmiyyətli magistral rabitə kabelini öğurlayan şəxslər tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Salyanda rayon sakinləri Rüfət Cəfərova məxsus dəyirmandan və Oqtay Qarayevə məxsus evdən elektrik mühərrikinin mis sarğısı və əlvan metal, həmçinin kanalizasiya qurğularının içərisindən keçən "Aztelekom" MMC-yə məxsus dövlət əhəmiyyətli magistral rabitə kabeli oğurlanıb.

Salyan Rayon Polis Şöbəsinin (SRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhər sakinləri Adil Orucov və Misir Şəkərov tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə