Tərtərdə 74 min manatlıq qarətin üstü açıldı SƏS TV

Tərtərdə 74 min manatlıq qarətin üstü açıldı SƏS TV

Tərtərdə quldurluq edən şəxslər saxlanılıb. Rayon sakini Ramiz Məmmədov polis ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus içərisində 74 min manat dəyərində qızıl əşyalar olan çanta quldurluq yolu ilə aparılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində basqın yolu ilə quldurluq edən dəstə aşkar edilib. Rayon sakinləri Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayev tutulub.

Oğurlanan bahalı qızıl zinət əşyaları Bakı şəhərində satılıb. 34 min manat satılan qızıllardan əldə edilən pul dəstə üzvləri arasında bölünüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə