Göygöl sakini döyüldü

Göygöl rayonu Quşçu kəndində döyülmə faktı qeydə alınıb. SİA Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayon sakini Elşən Məmmədov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardımın Travmatologiya şöbəsinə gətirilib.

Zərərcəkmişə qarnın küt travması, üz nahiyyəsinin əziyi diaqnozu qoyulub. Xəstəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir. Elşən Məmmədovun kim tərəfindən və hansı şəraitdə döyulməsi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə