1 nəfər liftdə köməksiz qalıb

1 nəfər liftdə köməksiz qalıb

Xırdalanda 1 nəfər köməksiz vəziyyətdə qalıb. SIA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı aidiyyati üzrə təhvil verib.

Bütün xəbərlər Facebook səhifəmizdə