Həyat yoldaşı qadının boğazını kəsdi

Həyat yoldaşı qadının boğazını kəsdi

Gəncədə ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhərin N.Nərimanov prospekti, ev 249-da yaşayan Gəncə sakini 47 yaşlı Rəfiqə Musayeva həyat yoldaşı tərəfindən bıçaqlanıb. Boyun nahiyəsi kəsilən və kürək hissəsindən bıçaq xəsarətləri alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağırdır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə