Zaqatalada sahə müvəkkilinin iş otağında partlayış olub SƏS TV

Zaqatalada sahə müvəkkilinin iş otağında partlayış olub SƏS TV

Mayın 1-i səhər saat 07:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun sağ sahilində, Əliabad qəsəbəsinin girişində, hər həftənin bazar günləri fəaliyyət göstərən bazarda, Zaqatala rayon Polis Şöbəsinin Əliabad qəsəbə üzrə sahə müvəkkili vəzifəsində çalışan, polis kapitanı Zaqatala rayonu Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında partlayış baş verib. Partlayışdan sonra hadisə yerinə rayonun hüquq-mühafizə orqan əməkdaşları gəlib.

Hüquq-mühafizə orqan əməkdaşlarının verdiyi məlumata görə, sahə müvəkkili Rövşən Baliyev iş otağının qapısını açıb içəri daxil olmaq istəyən zaman anidən partlayış baş verib. Nəticədə iş otağına ciddi ziyan dəyib, Rövşən Baliyev isə müxtəlif dərəcəli çoxsaylı qəlpə yaraları alıb. Xəsarət alan Rövşən Baliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları ilkin araşdırma zamanı məlum olub ki, hələlik istintaqa məlum olmayan şəxs və yaxud şəxslər sahə müvəkkilinin otağının yerləşdiyi binanın çardaq hissəsindən otağa daxil olaraq oraya əl qumbarası yerləşdiriblər. Sahə müvəkkili qapını açan zaman isə əl qumbarası partlayıb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Hadisə şəhidlərinin verdiyi məlumata görə, xoşbəxtlikdən partlayış baş verən otağın ətrafında xırda ticarətlə məşğul olan insanlardan xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə