Qadağan edilmiş dərmanlar satan aptek aşkarlandı SƏS TV

Qadağan edilmiş dərmanlar satan aptek aşkarlandı SƏS TV

Gəncə şəhəri Dədə Qorqud prospektində fəaliyyət göstərən aptekdən 580 ədəd müxtəlif adda psixotrop və tərkibi məlum olmayan dərmanlar aşkarlanıb. Baş narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik tərkibli dərmanların ticarəti ilə məşğul olan Nazilə Cəfərova və Aqil Kazımov saxlanılıb. Məlum olub ki, saxlanılan şəxslər uzun müddət cinayət yolu ilə psixotrop həblərin satışı ilə məşğul olublar. Əməliyyat nəticəsində aşkarlanan dərmanlar xarici ölkələrdə istehsal edilir və onların istifadəsi, eyni zamanda satışı cinayət əməli hesab olunur.

Cinayət yolu ilə yüksək gəlir əldə etmək istəyən Nazilə Cəfərova və Aqil Kazımov peşman olduqlarını dilə gətiriblər.

Qeyd edək ki, Nazilə Cəfərova və Aqil Kazımovun çalışdırdığı aptekin qanuni fəaliyyəti üçün heç bir rəsmi sənədi də olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə