Xaçmazda ev yanıb

Xacmazda gecə saatlarında yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonunda vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan iki mərtəbəli evin aynabəndi 24 kv.m, mərtəbələr arasındakı taxta konstruksiyadan ibarət pilləkən qəfəsi və evə bitişik, ümumi sahəsi 9 kv.m yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə