Ekvador yenə silkələndi

Ekvadorda daha bir zəlzələ olub. SİA-nın xəbərinə görə, budəfəki zəlzələ 5,8 bal gücündə qeydə alınıb. Dağıntı və zərərçəkənlər haqqında heç bir məlumat yoxdur.

Qeyd edək ki, Ekvadorda bundan əvvəl də zəlzələ baş vermişdi. 7,8 ballıq zəlzələdən sonra nisbətən zəif təkanların sayının 714-ə çatdığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə