Ayaqqabısından narkotik vasitə çıxdı FOTOLAR

Ayaqqabısından narkotik vasitə çıxdı FOTOLAR

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Yoxlama zamanı həmin şəxsin ayaqqabısının sağ tayının tərliyinin daban hissəsinin altından - dabanın oyuqlarında gizlədilmiş cəmi 2 ədəd bükümdə, xalis çəkisi 0,238 qram olan narkotik vasitə - heroin və 3 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə