Sex yandı qır çəlləyi mühafizə olundu

Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə sexdə baş verib.

Belə ki, Sabunçu rayonunda ümumi sahəsi 600 kv.m olan rubiroid sexində elektrik sobasının kabeli 5 p.m sahədə yanıb. Sexin qalan hissəsi və sobanın üzərində həcmi 5 ton olan qır çəlləyi yanğından mühafizə olunub.

Yanğın 07:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...