Gəncədə qəzalı vəziyyətdə olan ağacların mövcudluğu nəqliyyat və piyadalar üçün təhlükə yaradır. Xüsusi ilə küləkli hava şəraiti belə ağacların aşma ehtimalını artırır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu gecə küləklə müşahidə olunan havanın aşırdığı ağaclar şəhərdə işıqlanma sisteminə də ziyan vurub.
Gəncədə havanın küləkli olması Atatürk prospektində, Fikrət Əmirov küçəsində və Mahrasa bağı yaşayış massivində 1 çinar və 2 qovaq ağacının aşmasına səbəb olub. İri gövdəli ağaclar küçə işıqlandırma dirəklərini və elektrik naqillərini sıradan çıxarıb. Səhər saatlarından etibarən şəhər Yaşıllaşdırma şöbəsinin əməkdaşları aşmış və qəzalı olan ağacların kəsilərək ərazidən daşınmasına başlayıb. İnsan həyatı üçün təhlükə yaradacaq ağacların mövcudluğu sakinləri də narahat edir. Tədbirlərin görünməsinə baxmayaraq binaların qarşısında və yol kənarında belə ağaclar hələ də var. Qanunvericiliyə görə, qəzalı, qocalmış və yaşayış binalarına ziyan gətirən ağaclar ərazi üzrə Ekologiya və təbii sərvətlər şöbəsinin rəyi əsasında kəsilə bilər.



İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB