Gəncədə bıçaqlanma faktı qeydə alınıb

Gəncədə bıçaqlanma faktı qeydə alınıb

Gəncədə Qəbələ sakinlərini bıçaqlayan şəxslərin kimliyi müəyyən edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, onların şəhər sakinləri Altay Quliyev və Pərvin Şiraslanov olduğu məlum olub. Hər iki şəxs artıq saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, Qəbələ rayon sakinləri 20 yaşlı Əkbər Əliməmmədli və onun həmyerlisi 19 yaşlı Şahmurad Abbasov döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər TTYX-ya gətirilib. Həkimlər tərəfindən yaralılara dərhal tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. Zərərçəkənlər baş verən mübahisə zamanı tanımadıqları şəxslər tərəfindən bıçaqlandıqlarını bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə