İki rayonda ağır qəza baş verib

Qusar və Neftçalada ölənlər var
İki rayonda ağır qəza baş verib

Qusarda ata və oğul qəzaya düşüb. Yoldan çıxaraq ağaca çırpılan avtomobildə oğul ölüb. Neftçalada baş verən qəzada da polis əməkdaşı əzilərək dünyasını dəyişib. Yüksək sürət ölümə səbəb oldu.

Qəza Qusarda baş verib. İlqar Şahbazov səhər saatlarında rayon mərkəzindən Kuzun kəndi istiqamətində gedərkən Çiləgir kəndi ərazisində sükana nəzarəti itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Güclü zərbənin təsirindən sürücünün atası 52 yaşlı Mehdi Şahbazov hadisə yerində keçinib. İlqar Şahbazov ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib.

Neftçalada baş verən qəza da ölümlə nəticələnib. Rayon polis şöbəsinin müstəntiqi 58 yaşlı Məlahət Mehdiyevanın avtomobili Xıllı qəsəbəsində yük maşını ilə toqquşub. Bundan sonra avtomobil alovlanıb. Hadisə yerinə yanğınsöndürən maşın və təcili yardım maşını cəlb edilib.

Qəza nəticəsində Məlahət Mehdiyevasıxılmış vəziyyətdə qaldığından sükan arxasında dünyasını dəyişib. Yük maşının sürücüsü Nahid Əliyev və salonda olan Qabil Məmmədov isə yaralı halda Neftçala rayon xəstəxanasına çatdırılıblar. Hər iki faktla baglı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə