15 baş iri buynuzlu heyvan yanaraq tələf olub 1 nəfər xəsarət alıb

15 baş iri buynuzlu heyvan yanaraq tələf olub 1 nəfər xəsarət alıb

Göyçay şəhərində yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış 5 ton ot bağlaması yanıb. Yanğın zamanı 15 baş iri buynuzlu heyvan tələf olub, 4 baş iribuynuzlu heyvan xilas edilib və bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqda dayanmış avtomobil yanğından mühafizə olunub. Yanğın saat 04:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə