Gədəbəy rayonunda ev yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün rayonun Yenikənd kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB