Novxanıda pansionat yanır

Bakının Novxanı qəsəbəsində yanğın baş verib. Musavat.com-un məlumatına görə, bir qədər əvvəl qəsəbədəki pansionatda güclü yanğın başlayıb. Pansionatda məcburi köçkünlərin məskunlaşdığı bildirilir. Yanğının hansı səbəbdən başladığı məlum deyil.

Hadisə yerinə FHN-in Döblət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə