Bağlı qapı arxasında can verdi

Bağlı qapı arxasında qalan yaşlı qadının cəsədi çıxarılıb. SİA-nın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Xətai rayonunda mənzildə 1942-ci il təvəllüdlü Natkino Lyudmillanın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb və N.Lyudmillanın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qey edək ki, əməliyyat saat 14:13-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə