Azyaşlıları tək qoymayın!

Bakıda 2 azyaşlı bağlı qapılar arxasında qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN ) rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb, azyaşlıları valideynlərinə təhvil veriblər. Əməliyyat saat 09:43-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə