Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib FOTOLAR

Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib FOTOLAR

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində baş vermiş ağır avtomobil qəzası nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.

"Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, "Kamaz" markalı 22 BC 360 dövlət nömrə nişanlı qoşqulu yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirləri dağıdaraq, aşıb. Qəza zamanı 140 paqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 9 min manata yaxın ziyan dəyib.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib. Hazırda qəzanın fəsadları "Azəravtoyol" ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.

Qeyd edək ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə