Sabirabad rayonu, Qruzma kəndində vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan tikinti materialları satış mağazasının yanar konstruksiyaları və içərisində olan tikinti malları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin(FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, ticarət mərkəzinə bitişik sahəsi 120 kv.m olan ərzaq mağazası, avtomobil təmiri sexi və 1 ədəd bankomat aparatı yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB