38 yaşlı Gəncə sakini bıçaqlanıb

38 yaşlı Gəncə sakini bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi yaşanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini 38 yaşlı Seymur Quliyev xəstəxananın cərrahiyyə şöbəsinə gətirilib. Həkimlərin müayinəsi zamanı ona bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və yaralı dərhal əməliyyat olunub. Seymur Quliyev palataya yerləşdirilib və həkimlərin sözlərinə görə, xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə