“KamAZ” gətirdiyi faciəli son

“KamAZ” gətirdiyi faciəli son

Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, martın 10-da saat 01 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bərdə rayon sakini Rauf Hüseynov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolu keçən 25-30 yaşlı kişini vurub. Həmin şəxs hadisə yerində ölüb.
Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə