Şəmkirdə qadın kişini döydü

Şəmkirdə qadın kişini döydü

Ötən gün Şəmkirin mərkəzində qonşular arasında dava baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayon sakini Vaqif Hacıyev qonşuluqda yaşayan Türkan Məmmədova ilə mübahisə edib. Mübahisə zamanı qadın kişini yıxaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Vaqif Hacıyev ətrafdakıların köməyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, o, ağır kəllə beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağırdır.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə