9 otaqlı ev yanıb

Qubada yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan (hər mərtəbəsi 100 kv.m) ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində sahəsi 12 kv.m olan 1 otağın döşəməsi 3 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə